Türkiyə BMT Təhlükəsizlik Şurasının iclasında İdlibdən çəkilməyəcəyini bəyan edib

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlk Şurasının iclasında çıxış edib. O, son  2 ayda Suriyada 1 milyon insanın evlərindən didərgin salındığını qeyd edərək eyni dövrdə 2 mindən çox insanın rejim tərəfindən öldürüldüyünü diqqətə çatdırıb.

İdlib bölgəsində rejim güclərinin Türkiyənin hərbi müşahidə məntəqələrinə qəsdən atəş acdığını söyləyən Sinirlioğlu ölkəsinin təhlükə ərz edən bütün hədəfləri vuracağını  bildirib:

Türkiyə İdlibdə təhdid təşkil edən bütün hədəfləri vuracaq. Əsgərimizi geri çəkməyəcəyik. Müşahidə məntəqələrini də geri çəkməyəcəyik. Bu ayın sonunadək mövcud mövqelərdən geri çəkilməli olan rejimdir.

İclasda Türkiyəyə qarşı iddialarla çıxış etmiş Suriya təmsilçisinə də cavab verən Sinirlioğlu “öz xalqına qarşı savaşan bir rejimin BMT Təhlükəsizk Şurasında təmsil olunmağa haqqı yoxdur” deyib.

 

Mənbə: AA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir