"Arsenal" və "İnter" səfərdə qalib gəliblər

 Avropa Liqasında 1/16 final mərhələsi: "Arsenal" və "İnter" səfərdə qalib oldu

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

“Vulverhempton” İngiltərədə İspaniya “Espanyol”unu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə sona çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” Portuqaliyada “Sportinq”in qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə klublarından “Arsenal” Yunanıstanda “Olimpiakos”a qalib gəlib – 1:0. “Mançester Yunayted” Belçikada “Brügge” ilə heç-heçə edib – 1:1. İtaliya “İnter”i isə səfərdə Bolqarıstanın “Lüdoqorets” komandasından 2:0 hesabı ilə üstün olub.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Benfika” (Portuqaliya) – 2:1

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya) – 4:1

“Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya) – 0:2

“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) – 1:1

ÇFR (Rumıniya) – “Sevilya” (İspaniya) – 1:1

“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya) – 1:1

“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya) – 2:0

“Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya) – 3:2

“Roma” (İtaliya) – “Gent” (Belçika) – 1:0

“Volfsburq” (Almaniya) – “Malmö” (İsveç) – 2:1

“Alkmaar” (Hollandiya) – LASK (Avstriya) – 1:1

APOEL (Kipr) – “Bazel” (İsveçrə) – 0:3

“Bayer” (Leverkuzen, Almaniya) – “Porto” (Portuqaliya) – 2:1

Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir