İranda daha 3 nəfərin koronavirusa yoluxması rəsmən təsdiqlənib

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cahanpur dünən  yaydığı bəyanatda Qumda 2, Ərakda isə 1 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib. O bildirib ki, xəstəliyə tutulan Ərak sakini həkimdir.

Virusa yoluxanların Tehran xəstəxanalarına köçürüldükləri deyilir. Koronavirusa yoluxduğu ehtimal edilən 5 digər Qum sakini də daha dəqiq analizlərin aparılması üçün Tehrana göndərilib.

Bütün bunlara rəğmən, İrandan “Mahan Air” şirkətinin Çinə uçuşları, eləcə də, iki ölkə arasında tələbələrin gəzinti və ziyarət səfərləri üçün təşkil edilmiş düşərgələr hələ də öz işinə davam edir. Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, rəsmilər Çinlə aviareysləri dayandırmaq niyyətində deyillər.

 

Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir