İranda koronavirusdan 4 nəfər həyatını itirib, 13 daşıyıcı qeydə alınıb

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur İranda daha 13 nəfərin koronavirusa yoluxduğu təsdiqləyib. Onun sözlərinə görə,  13 nəfərdən 7-i Qum, 4-ü Tehran və 2-i Azərbaycanla sərhəd bölgədə yerləşən Gilan əyalətindədir.

K. Cahanpur əlavə edib ki, virusa yoluxanların əksəriyyəti Qum şəhərindəndir və ya son həftələr ərzində bu şəhərdən geri qayıdanlardır.

O, koronavirusa yoluxmaqda şübhəli bilinən daha iki nəfərin vəfat etdiyini bildirib, beləliklə, İranda koronavirusdan həyatını itirənlərin sayı 4-ə yüksəlib.

Xatırladaq ki,  İran  Qum şəhərində 2 nəfərin koronavirusa yoluxma nəticəsində dünyasını dəyişdiyini açıqlamışdı.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir