"Maqomayev" serialının treyleri təqdim olunub- VİDEO

 Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO

Rusiyanın nüfuzlu “Channel 1” telekanalı məşhur müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Mağomayevə həsr olunmuş “Maqomayev” serialının treylerini təqdim edib.

Rejisorlar Dmitriy Turin və Roman Prıqunov tərəfindən çəkilmiş ekran əsərində böyük sənətkarın həyatı, o cümlədən opera müğənnisi Tamara Sinyavskaya ilə tanışlığı və məhəbbət hekayəsi təsvir olunur. Çəkilişləri Bakıda, Moskvada və Zelenoqrad şəhərlərində aparılmış serialda T.Sinyavskaya məsləhətçi olaraq töhfəsini verib.

Müslüm Maqomayev surətini serbiyalı aktyor Miloş Bikoviç canlandırıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir