Şahzadə Harri ilə Meqan yalnız hersoq rütbəsini daşıyacaqlar

 Şahzadə Harri ilə Meqan imtiyazlarından məhrum edilir

Böyük Britaniya kraliçası İkinci Elizabetin nəvəsi şahzadə Harri və həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl martın 31-dən bütün krallıq imtiyazlarından məhrum ediləcəklər.

“Daily Mail” xəbər verir ki, artıq Kanadaya köçən cütlüyə bundan belə “Əlahəzrət Kral” sözləri ilə xitab edilməyəcək, kral ailəsini təmsil etməyəcək və xəzinədən müavinət almayacaqlar.

Xatırladaq ki, vəliəhdlər növbəsində altıncı olan şahzadə Harri və Meqan hələ yanvarın 8-də kral ailəsinin böyük üzvü statusundan imtina edərək maliyyə cəhətdən müstəqil olmaq niyyətində olduqlarını “Instagram” vasitəsilə bildirmişdilər. Yanvarın 18-də isə Bukingem Sarayı onları kraliça Elizabeti rəsmi səfərlərdə təmsil etməkdən, başqa mərasim vəzifələrindən kənarlaşdırmışdı. Şahzadə Harri daşıdığı fəxri hərbi rütbələrdən, o cümlədən 2017-ci ildə babası, Edinburq hersoqu Filipdən aldığı Krallıq Dəniz Piyadalarının kapitan-generalı rütbəsindən də məhrum ediləcək. Cütlük, sadəcə, Susseks hersoqu zadəgan rütbəsini daşıyacaq.

Beləliklə, martın 31-dək qalan müddət ərzində onlar kral ailəsinin böyük üzvləri qismində bəzi rəsmi tədbirlərdə iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir