İranda bələdiyyə sədrində koronavirus aşkarlandı

 İranda bələdiyyə sədrinə koronavirus diaqnozu qoyuldu

İran dövlət televiziyası paytaxt Tehran şəhərində 13-cü bölgənin bələdiyyə sədri olan Murtəza Rəhmanzadənin koronavirusa yoluxduğunu bildirib.

“Euronews” xəbər verir ki, vəzifəli şəxs infeksiyaya yoluxduğu şübhəsi ilə xəstəxanaya aparılıb.  M.Rəhmanzadədən götürülən analizlərin nəticələri pozitiv çıxıb.

Qeyd edək ki, İranda 18 nəfərə koronavirus diaqnozu qoyulub, onlardan 5-i vəfat edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir