İranda koronavirusdan ölənlərin sayı 5-ə, virusa yoluxanların sayı isə 28-ə çatıb

 

Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün dövlət televiziyasına açıqlamasında xəbər verib.

Bundan əvvəl virusdan ölənlərin 4, ona yoluxanların isə 18 nəfər olduğunu bildirən Cahanpur deyib ki, daha 10 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb: “Həmin şəxslərin virusa yoluxduğu artıq təsdiq edilib. Onlardan 8-i Qumda, 2-si isə Tehranda virusa yoluxub.

İran Səhiyyə Nazirliyinin sözçüsü deyib:

 Son günlər minlərlə vətəndaş tibb mərkəzlərinə müraciət edib. Virusa yoluxmaqda şübhəli bilinən 785 nəfər tibbi nəzarətə götürülüb. Lakin  bu günə qədər virusa yoluxduğu qəti şəkildə təsdiq edilənlər 28 nəfərdir”.

 

Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir