İtaliyada bir nəfər "COVİD-2019"dan həyatını itirdi

 Avropada koronavirusdan ikinci ölüm qeydə alındı

İtaliyada COVID-19 koronavirusundan ilk ölüm hadisəsi qeyd olunub.

Bu barədə yerli “Il Corriere della Sera” qəzeti və digər mətbu orqanlar məlumat yayıb.

Məlumata görə, Veneto vilayətinin Paduya şəhərində virusa yoluxmuş 78 yaşlı kişi dünyasını dəyişib. Onunla birlikdə 67 yaşlı həyat yoldaşı da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Veneto vilayətinin qubernatoru Luk Dzayyu məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu, Avropada koronavirusdan ikinci ölüm hadisəsidir. İlk ölüm hadisəsi fevralın 15-də Fransada qeydə alınıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir