Sensorla nizamlanan növbəti piyada keçidi təşkil edildi

 Bakıda daha bir sensorlu svetoforlar quraşdırıldı

Bakıda Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verib.

Məlumata görə, svetoforlar xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər.

Qeyd edək ki, bu svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır və yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir