16 saylı seçki məntəqəsinin də nəticələri ləğv edildi

 Daha 1 seçki məntəqəsində nəticələr ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində səsvermə prosesinin pozulduğu iddia edilib.

Araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir