Azərbaycanda çay ixracı azalıb, idxalı isə artıb

Bu ilin yanvar ayında Azərbaycan 317,1 min ABŞ dolları dəyərində 46,8 ton çay ixrac edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,1 dəfə azdır.

 Ölkəyə 5 161,1 min dollar dəyərində 1 337,9 ton çay idxal olunub. Bu da 2019-cu ilin analoji ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən ay çayın ticarət dövriyyəsinin dəyərində 4 843,9 min dollarlıq mənfi saldo yaranıb. Bu isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir