AzMİU-da Karyera sərgisi keçirilib

Bakı Nəqliyyat Agentliyi karyera sərgisində iştirak edib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə Karyera sərgisi keçirilib. 90-dan çox dövlət qurumunun iştirak etdiyi sərgidə Bakı Nəqliyyat Agentliyi də ayrıca stendlə təmsil olunub.
Agentliyin stendi tələbə və məzunlar tərəfindən maraqla qarşılanıb. Burada onlara şəhər nəqliyyat sistemi, infrastruktur layihələr təqdim edilib, Agentliyin iş prinsipi, eləcə də, fəaliyyəti barədə məlumat verilib.
Eyni zamanda, Bakı Nəqliyyat Agentliyinin uğurla həyata keçirdiyi “Nəqliyyat Könüllüləri” proqramına böyük maraq göstərilib. Könüllülük proqramında iştirak etmək istəyən tələbə və məzunlar proqrama qatılmaq məqsədilə müraciət ediblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir