Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO

 Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO

Bakıda qadın xidmət aparan polis avtomobilinin qarşısında yıxılıb.

Hadisə dünən – 22 fevral, axşam saatlarında paytaxt küçələrinin birində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən qadının halı anidən pisləşib və müvazinətini itirərək yerə yıxılıb.

Bu zaman ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları qadına ilkin tibbi yardım göstərib, daha sonra onu xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Hadisə anı digər avtomobildə olan video qeydiyyatçı vasitəsilə lentə alınıb. İlkin məlumata görə, hazırda qadının vəziyyəti yaxşıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir