“Green Card”a ümid edənlərin nəzərinə: Sərt qaydalar sabahdan tətbiq ediləcək

 “Green Card”a ümid edənlərin nəzərinə: Qaydalar sərtləşdirildi

Fevralın 24-dən etibarən ABŞ rəhbərliyi xarici vətəndaşlara ölkədə daimi yaşamaq üçün icazələrin verilməsini (“Green Card”) sərtləşdirən yeni qaydalar tətbiq edəcək. Bu da ən çox dövlət müavinətinə güvənən əcnəbilərə toxunacaq.

Bu barədə Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada bildirilir.

Belə ki, ABŞ Ali Məhkəməsi İllinoys ştatı ərazisində bu qaydaların tətbiqinə qadağa qoymağı özündə ehtiva edən son iddianı da rədd edib:

Ali Məhkəmənin qərarından məmnunuq. Nəticədə Daxili Təhlükəsizlik Nazirliyi bu qaydaları bazar ertəsindən etibarən tətbiq etməyə başlaya biləcək”.

, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ağ Ev hələ 2019-cu ilin avqustunda “qrin kart”ların verilməsi qaydalarını sərtləşdirib. Sərəncam oktyabr ayının ortalarında qüvvəyə minməli olsa da, Nyu-Yorkdakı İkinci Dairə Apelyasiya Məhkəməsi sərəncamı əngəlləyib.

Yeni qaydalar “qrin kart”ların verilməsindən imtina qərarına təsir edən amillərin siyahısını xeyli genişləndirir. Məsələn, “Medicaid” güzəştli tibbi sığortasından istifadə və qida talonları alınması proqramında iştirak nəzərə alınacaq. Mənfi xarakteristikalardan:

  • özəl tibbi sığortanın olmaması
  • ingilis dilini kifayət qədər bilməmək
  • əmək bazarına çıxışın olmamağı

da nəzərdən keçiriləcək.

Qeyd edək ki, hər il təxminən 544 min miqrant “qrin kart” üçün müraciət edir, dəyişikliklər isə 382 min insana təsir edə bilər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir