“Sevilya bərbəri” komik operasının tamaşası olacaq

Akademik Opera və Balet Teatrında “Sevilya bərbəri” nümayiş olunacaq

Martın 7-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin  “Sevilya bərbəri” komik operasının tamaşası keçiriləcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tamaşada iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı (o tamaşada Almaviva rolunu ifa edəcək) və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı  Boqdan Pançenkonu (Fiqaro partiyasını ifa etmək üçün) dəvət edib.

Ukraynalı opera sənətkarları ilə yanaşı, tamaşada  Azərbaycan Dövlət Opera və Balet  Teatrının solistləri  – respublikanın Əməkdar artistləri İnarə Babayeva (Rozina), Tural Ağasıyev (Fiorello), Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov  (doktor Bartolo), gənc solistlər Nina Makarova (Berta)  və Mahir Tağızadə (Zabit) çıxış  edəcəklər.

Tamaşanı  Teatrın baş dirijoru, Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının  laureatı Əyyub Quliyev idarə edəcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir