"Diplomatiya könüllüləri" Memorial Soyqırımı Muzeyində olublar

 "Diplomatiya könüllüləri" Memorial Soyqırımı Muzeyində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq elan olunmuş “Könüllülər ili” çərçivəsində Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan “Xocalı soyqırımı” barədə maarifləndirilmənin artırılması, Xocalıda törədilən qətliama dair sənədlərlə tanışlıq və Xocalıda baş verənlərin soyqırımı aktı olmasının hüquqi bazasına yiyələnmək məqsədilə bu ilin 24 fevral tarixində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” qrupunun üzvləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyinə gediblər.

Muzeydə “Diplomatiya könüllüləri” Xocalı soyqırımı ilə bağlı sənədlər, tibbi-ekspertiza rəyləri ilə tanış olaraq hadisələrə hüquqi çərçivədən baxmaq imkanı qazanıblar.

Eksponatlarla tanışlıqdan sonra Xocalı soyqırımının canlı şahidlərinin dilindən hadisələrin təsvir edildiyi video nümayiş olunub.

Sonda “Diplomatiya könüllüləri” muzeyin Xatirə kitabında təəsüratlarını yazıb və bu cür tədbirlərin gənclərimizin öz tarixinə olan bağlılığının artırılması və vətənpərvər Azərbaycan gəncliyinin formalaşması istiqamətində mühüm rol oynadığını qeyd ediblər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir