Gürcüstan vətəndaşları daha çox Türkiyə və Azərbaycana səfər edir

2019-cu ilin IV rübündə 890,5 min Gürcüstan vətəndaşı xaricə səfər edib ki, bunun da 16,7%-i Azərbaycanın payına düşüb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub – 111,7 min nəfər. Ötən ilin oktyabr-dekabr aylarında Gürcüstan vətəndaşları ən çox Türkiyəyə səfər ediblər – 263,2 min nəfər.

Xaricə səfər edən Gürcüstan vətəndaşlarının 45,3%-i 35-51 yaş qrupundan olub ki, onların səfərləri orta hesabla 3,8 gün çəkib. Bütün ziyarətlərin 95,5%-i təkrarlanan olub. Gürcüstan vətəndaşlarının ümumi səfər xərcləri 505,4 mln. lari (179 mln. ABŞ dolları), adambaşına düşən xərc isə 804 lari (285 dollar) təşkil edib.

 

Mənbə: APA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir