Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 iranlı yerləşdirilib

Bununla bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, onlar 1995 və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub.

Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hal-hazırda hər iki şəxsin bədən hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir