“Mənim” tamaşası Şuşa Dövlət Musiqili Teatrının səhnəsində

Mədəniyyət Nazirliyinin məlumatına görə, “Human” teatrının “Mənim” tamaşası Şuşa Dövlət Musiqili Teatrının səhnəsində oynanılacaq.

Pantomim üslubda hazırlanmış “Mənim” psixoplastik tamaşası səfil bir insanın həyat tərzindən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Pərviz Məmmədrzayevdur. Rolları Xalq artisti Pərviz Məmmədrzayev və Elgün Həmidov canlandırırlar.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Park Bulvar”, “Gənclik”, “28 Mall” ticarət mərkəzləri və iTicket.Az saytından əldə edə bilərsiniz.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir