Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana gələcək

Ziyarət çərçivəsində Ərdoğan və həmkarı İlham Əliyevin həmsədrliyi ilə  Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı keçiriləcək. Görüşdə iki ölkə arasında ticarət, müdafiə, idman və digər sahələri əhatə edən 9 müqavilənin imzalanması nəzərdə tutulur.

Qarşılıqlı gömrükdən azad edilməsini və 15 fərqli məhsula endirim nəzərdə tutan Güzəştli Ticarət Sazişi də  imzalanacaq müqavilələr arasındadır.

Türkiyə Rabitə Nazirlyinin bununla bağlı açıqlamasında deyilir:

 Bakıda reallaşdırılacaq Şura Yığıncağında Türkiyə-Azərbaycan əlaqələri hərtərəfli  nəzərdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi  perspektivləri  müzakir olunacaq.

İkitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq mövzularda fikir mübadiləsinin aparılması nəzərdə tutulur”.

 

Mənbə: HaberQlobal

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir