Andiçmə mərasimi təxirə salına bilər

 Əşrəf Qaninin andiçmə mərasimi təxirə salına bilər

Əfqanıstanın ikinci müddətə prezidenti seçilən Məhəmməd Əşrəf Qaninin andiçmə mərasimi təxirə salına bilər”.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ rəsmiləri hesab edir ki, andiçmə mərasiminin keçirilməsi ölkədəki münaqişənin sülh yolu ilə həllinə mane ola bilər. Bundan başqa mərasim prezident seçkilərinin nəticələrini tanımayan siyasi rəqiblər arasında mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirər.

Qeyd olunub ki, bu, həmçinin ABŞ-ın Əfqanıstankı problemin həllində irəliləyiş əldə etməsini və radikal “Taliban”la sülh sazişi imzalamaq səylərini dərindən sarsıdacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir