“Arsenal” Obemayanqla razılığa gələ bilməyib

 Obameyanq “Arsenal”la yollarını ayırır

London “Arsenal”ı qabonlu hücumçu Pyer-Emerik Obameyanqla müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib.

Bu barədə jurnalist Nikolo Skira öz “Twitter” səhifəsində yazıb.

“Arsenal”la futbolçu arasındakı müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib. Hücumçu yayda klubu tərk edə bilər. “İnter” vəziyyəti yaxından izləyir və Lautaro Martinez “Barselona”ya keçəcəyi təqdirdə təklif verməyə hazırdır”.

Bu mövsüm 30 yaşlı Pyer-Emerik Obameyanq Premyer Liqanın 25 oyununda iştirak edib, 17 qol və 1 asist müəllifi olub. Futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir