İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxub (VİDEO)

Dünən keçirilən mətbuat konfransında İran hökumətinin sözcüsü Əli Rəbinin yanında dayanmış və mütəmadi olaraq tərini, üzünü silən,  hər halından naxoş olduğu görünən Səhiyyə nazirinin müavini İreç Heririçinin koronavirusa yoluxduğu bəlli olub.

İreç Heririçi karantinə alınıb. Bu barədə o özü sosial şəbəkədə məlumat verib.

Lakin onun təmasda olduğu insanlar, məsələn, elə bu mətbuat konfransında iştirak edənlər, hökümət sözcüsünün  özü  niyə karantinə alınmır?

İranda bu virus məsələsinə belə barmaqarası yanaşıldığındandır ki, Səhiyyə nazirinin müavini  virusa yoluxur. Deməli, əslində, virus daşıyıcıları İranda güman və elan olunandan daha çoxdur.  Qonşu ölkənin  deputatlarından biri də virusa yoluxduğunu, sağalacağına ümidi olmadığını sosial şəbəkə səhifəsində yazıb.

Son məlumatlara görə,  İranda koronovirusdan 15 nəfər həyatını  itirib. Yoluxanların sayı rəsmən 95 nəfər elan olunub.

Səhiyyə naziri Neməki karantin tətbiq olunmaması üçün İranın 11 əyalətində əhaliyə evlərindən çölə çıxmamağa çağırıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir