Müxaliflər Neyrabı geri alıblar - tankla zirehli maşının "dueli" canlıı yayımlanıb

İdlib bölgəsində rejim gücləri ilə müxalifət  qüvvələri arasında şiddətli döyüşlər davam edir. Türkiyə xəbər agentliklərinin verdiyi  məlumata görə, müxaliflər strateji əhəmiyyətli Neyrab kəndini Əsəd güclərindən geri alıblar.  Bu məntəqənin ələ keçirilməsi ilə M4 avtomobil yolu nəzarətə götürülüb.

Bu məntəqə uğrunda gedən döyüşlərdə rejim tankı ilə  Türkiyə istehsalı olan bir zirehli maşının  dueli kameralara düşüb. Müxalif döyüşçülər bu səhnəni canlı yayımlayıblar. Tankın topundan yayınmaq üçün sürətli manevr edən zirehli maşın onu sıxışdıraraq geri çəkilməyə məcbur edib.

Qeyd edək ki, strateji əhəmiyyətli Neyrab kəndi bir neçə dəfə əl dəyişib. Əsəd gücləri yeni həmlələrlə kəndi geri qaytarmağa çalışırlar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir