Bir çox rayonun elektrik enerjisi ilə təchizatında problem yaranıb

 Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu - FOTO

Küləkli hava şəraiti bir sıra infrastruktur obyektlərində olduğu kimi Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin dediyinə görə, hazırda qurum əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur:

Güclü külək “Aran” Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən Ağdamda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi ilə  təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəzanın baş verdiyi ərazidədir. Həmçinin kəndlərə əlavə material, texnika cəlb edilib.Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Tez bir zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir