Gürcüstanda da tibbi maskalara tələbat artıb, amma qiymət qaldırılmayıb

Koronavirus təlaşı Gürcüstanda da tibbi maskalara tələbatı artırıb və  apteklərdə defisit təhlükəsi yaranıb.

Ölkənin ən böyük aptek şəbəkələrinə malik GPS və “Aversi” şirkətləri anbarlarında maskanın qaldığını, amma əlavə təchizatda çətinlik çəkdiklərini  açıqlayıblar. Şirkət nümayəndələri  bunu təchizatçı ölkənin – Çinin özündə maskalara böyük ehtiyac olması ilə əlaqələndirib.

Apteklərində bir nəfərə 20 ədəddən artıq olmayaraq maskalar əvvəlki qiymətə – 18-20 tetriyə (11-12 qəpiyə)  satılır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir