Honkonq hökuməti vətəndaşlara maddi yardım paketi hazırlayıb

 Honkonqda koronavirusa görə vətəndaşlara maddi yardım veriləcək

Siyasi qeyri-müəyyənlik yaşanan və koronavirusla mübarizə aparan Honkonq hökuməti iqtisadi aktivliyi artırmaq və vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaq üçün birdəfəlik maddi yardım paketi hazırlayıb.

Xarici mətbuat xəbər verir ki, hazırlanan maddi yardım paketi ümumilikdə  15,4 milyard ABŞ dolları həcmində olacaq.

Maliyyə naziri Paul Çan bildirib:

Büdcə paketində 18 yaşdan yuxarı bütün vətəndaşlara 10 min Honkonq dolları (təxminən 1 284 ABŞ dolları) birdəfəlik maddi yardım veriləcək. Bundan başqa 2020-2021 maliyyə ilində büdcə kəsirinin rekord səviyyəyə 139,1 milyard Hong Kong dollarına (təxminən 17,851 milyard ABŞ dolları) çatacağını proqnozlaşdırırıq”.

Qeyd edək ki, ötən il Çinin Honkonqun daxili işlərinə qarışmasına qarşı baş verən nümayişlərdən sonra ölkə iqtisadiyyatı son 10 ildə ilk dəfə resesiyaya girmişdi. İqtisadçılar isə koronavirus epidemiyasının ortaya çıxması ilə bu ildə daralmanın davam edə biləcəyini proqnozlaşdırırlar.

P.Çan qeyd edib ki, çətin iqtisadi şəraitdə geniş pul siyasəti aparacağıq, məqsədimiz şirkətləri və iqtisadiyyatı dəstəkləməklə vətəndaşların yükünü azaltmaqdır:

Bu il üçün ölkə iqtisadi artım tempinin 0,5%-1,5% aralığında proqnozlaşdırırıq”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir