ABŞ Prezidenti Donald Tramp koronavirusdan qorunmaqla bağlı tövsiyələr verib.
RİA “Novosti”nin məlumatına görə, Birləşmiş Ştatların rəhbəri koronavirusa yoluxmamaq üçün əlləri yumağı və ardıcıl əllə görüşməməyi məsləhət görüb:
Yəqin eşitmisiniz, mən hər halda bunu tez-tez edirəm, amma siz əllərinizi yumalı, təmizliyə riayət etməlisiniz. Əgər ehtiyac olmasa, hər tutacaqdan tutmaq vacib deyil. Yəni soyuqdəymə zamanı riayət edilməli müəyyən şeylər var”.
, – deyə o, jurnalistlərə bildirib.
Tramp çoxdandır görmədiyi şəxsin bir həftə əvvəl ona necə yaxınlaşmasından da danışıb:
O, məni qucaqlayıb öpdü. Soruşdum: – Səndə hər şey qaydasındadır? ” Yox, mənim qorxunc hərarətim və soyuqdəyməm var”, – o dedi. Üzr istədim və əllərimi yumaq üçün çıxdım”.
, – Tramp əlavə edib.