Bakıda Gürcüstan-Azərbaycan enerji tərəfdaşlığı müzakirə olunacaq

 Bakıda Gürcüstan-Azərbaycan enerji tərəfdaşlığı müzakirə olunacaq

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Azərbaycana ikigünlük işgüzar səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.

Nazir səfər çərçivəsində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti toplantısında iştirak edəcək. O, tədbirin “Cənub Qaz Dəhlizi: Nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək sessiyasına qatılacaq.

N.Turnava həm də Azərbaycanın Baş Naziri Əli Əsədov və İqtisadiyyat naziri Mikayıl Cabbarovla da görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan enerji tərəfdaşlığı və gələcək perspektivlər müzakirə olunacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir