Çempionlar Liqası: “Mançester Siti” və “Lion” qalib oldu

 Çempionlar Liqası: “Real” öz meydanında, "Yuventus" səfərdə məğlub oldu

Çempionlar Liqasının 1/8 finalının birinci matçında “Real Madrid” “Mançester Siti”ni qəbul edib.

Madriddə keçirilən matçda qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesabı “Real” açıb. Matçın 60-cı dəqiqəsində İsko fərqlənib. Lakin “Mançester Siti” matçda təşəbbüsü ələ almağı bacarıb. Qonaqların heyətində Qabriel Jezus (78-ci dəqiqə) və Kevin De Bryoyne (83-cü dəqiqə, penalti) fərqlənib.

Fransa “Lion”u isə öz meydanında İtaliyanın “Yuventus” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə sona çatıb – 1:0. Matçda yeganə qolu 31-ci dəqiqədə Lyuk Tusar vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir