Koronavirus daşıyıcısı Gürcüstan vətəndaşı  ölkəsinə Azərbaycan üzərindən keçib

İrandan qayıdan Gürcüstan vətəndaşında koronavirus aşkar olunub.

Bunu  qonşu ölkənin Səhiyyə, Əmək və Sosial Müdafiə naziri Yekaterina Tikaradze hökumət administrasiyasında bəyan edib.

Nazir İrandan  Azərbaycan üzərindən Gürcüstana qayıtmış vətəndaşın  xəstəxanada karantinə alınması, ondan götürülən analizlərin laboratoriya yoxlaması ilə şəxsin  koronavirus daşıyıcısı olduğunun üzə çıxarılması haqqında məlumat verib.

Koronavirusa yoluxmuş şəxs 50 yaşlarında kişidir. Nazir  onun 1 həftə İranda qaldığını, hazırda  vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Virus daşıyıcısı Gürcüstan vətəndaşının  İrandan Azərbaycana haradan, nə zaman keçdiyi,  hansı yol və vasitə ilə vətəninə qayıtması  haqqında məlumat açıqlanmayıb.

 

Mənbə: 1tv.ge

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir