Prezident 3 generalı təltif edərək istefaya göndərib - YENİLƏNİB

Ilham Əliyev

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında” sərəncam imzalayıb.

Sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

  • general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu
  • general-leytenant Xəlilov Əsgər Sabir oğlu
  • general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

*** 14:58

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

  • Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant
  • Xəlilov Əsgər Sabir oğlu – general-leytenant
  • Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant

 

Mənbə: Report

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir