Yer kürəsinin ikinci “Ayı” aşkar olunub

“2020 CD3” kiçik asteroidi müvəqqəti olaraq Yer kürəsinin yeni təbii peykinə çevrilib. Bu haqda “Smithsonian” Astrofizika Rəsədxanasının Kiçik Planetlər Mərkəzi məlumat verib. Orbitlərin inteqrasiyası göstərib ki, bu obyekt müvəqqəti olaraq Yer kürəsi ilə əlaqələnib.

 1-6 metr ölçülərinə olan asteroid Amurlar və Appolonlar qrupuna aiddir.

“Yer kürəsinin kvazipeyklər adlandırılan peykləri mövcuddur. Onların kifayət qədər “hiyləgər” orbitləri var.  Bu peyklər müvəqqəti orbit yaradaraq Yer kürəsindən uzaqlaşmadan onunla bərabər dövr edir. Orbitdə uzun müddət yaşaya bilməyən belə obyektlər Yer kürəsini bir neçə il müşayiət edə bilər”,  – deyə Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutundan Boris Şustov bildirib.

 

Mənbə: AMEA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir