Əsəd güclərinin 1709  əsgəri məhv edilib (VİDEO)

Ankarada  türk-rus danışıqlarının ardından  prezident Ərdoğanın sədrliyi il Təhlükəsizlik Şurasının iclası keçirilib. İki saat sürən iclasda alınan qərarlar açıqlanmasa da, ardından İdlibdə gedən döyüşlərin xronikası bəlli olub.

Türkiyə hərbi mənbələrinin məlumatına görə, Rusiya və İranın dəstəklədiyi Əsəd güclərinin 1709 yaraqlısı öldürülüb.

İdlibdə həyata keçirilən əməliyyatlar çərçivəsində  rejim güclərinə aid 55 tank, 3 helikopter, 18 zirehli maşın, 29 top,  21 hərbi maşın, 4 “Doçka” qurğusu, 6 sursat anbarı və 7 minaatan məhv edilib.

Rusiya aviasiyasının  bombardmanı nəticəsində 9 əsgərin şəhid olduğu açıqlanıb. Yaralıların olduğu, bəzilərin vəziyyətinin ağır olduğu bildirilir.  Çox güman ki, şəhid sayı artacaq.

Vəziyyətin bu hala gəlməsi konfrontasiyanın daha da dərinləşəcəyinə, İdlib probleminin hərbi yolla çözüləcəyinə dəlalət edir.

Rusiyanın birbaşa Türkiyə hərbiçilərinə qarşı aviasiya hücumu təşkil etməsi bu məsələnin diplomatik həlli ehtimalını sıfıra endirib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir