AMB: Bank sektoru aktivlərini 11% artırıb

 Azərbaycanın bank sektoru aktivlərini 11% artırıb

Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 863,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 11% çoxdur.

Bankların aktivlərinin 13 658,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 23,5% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 37,5%-dən 41,6%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 10,7% artaraq 28 219 milyon manata, o cümlədən depozit portfeli 16,8% artaraq 21 660,5 milyon manata çatıb. Bunun 8 425 milyon manatı fiziki, 13 235,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 5,6%, şirkətlərin banklardakı vəsaitləri isə 25,3% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 7% azalaraq 343,6 milyon manata düşüb.

Sektorun balans kapitalı isə 12,8% artaraq 4 644,2 milyon manata çatıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir