Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib

Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-də Minsk şəhərində Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah Fakültəsində “Dövlət və hərbi idarəetmə” ixtisası üzrə dinləyicilərin növbəti buraxılış mərasimi keçirilib.
Mərasimdə Belarus Respublikası Hərbi Akademiyasının Baş Qərargah fakültəsinin rəisi general-mayor Serqey Zaytsev, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamenti rəisinin 1-ci müavini polkovnik Valeriy Revenko,     professor-müəllim heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşesi polkovnik Elşən Rəhimov, onun köməkçisi polkovnik-leytenant Aydın Rəhimov və həmin fakültənin birinci kursunda təhsil alan Azərbaycan Ordusunun zabitləri iştirak ediblər.
Cari ildə bu ali hərbi təhsil müəssisəsindən Azərbaycan Ordusunun 2 zabiti məzun olub. Polkovnik Anar Hüseynov hərbi akademiyanı əla qiymətmətlərlə bitirərək fərqlənmə diplomu alıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir