Azərbaycandan qızıl ixracı bir ildə 68% çox artıb

 Azərbaycan qızıl ixracını bir ildə 68%-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 16,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edilib”.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

Hesabatda deyilir ki, bu, 2019-cu ilin yanvar ayının nəticələri ilə müqayisədə 6,6 mln. ABŞ dolları və ya 68,4% çoxdur.

2018-ci ilin yanvar ayı ilə müqayisədə isə Azərbaycanın xarici ölkələrə qızıl ixracı 0,9 mln. ABŞ dolları və ya 5,23% azdır.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 17,2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir