Bolqarıstan miqrant axınına 1000 hərbçi ilə sədd qoyacaq

 Bolqarıstan Türkiyə ilə sərhədə xeyli sayda hərbçi göndərir

Bolqarıstan miqrant axınının qarşısını kəsmək üçün Türkiyə ilə sərhədə min hərbçi göndərəcək.

“Habertürk” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Krasimir Karakaçanov bildirib.

Bolqarıstanın Baş Naziri Boyko Borisov Türkiyə sərhədi boyu nəzarətin gücləndirildiyini açıqlayıb.

Xatırladaq ki, ötən gecə İdlib bölgəsində 33 türk hərbçisinin həlak olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir