İranda koronavirus qurbanlarının sayı artmaqdadır

İranda koronavirusdan ölənlərin sayı 34 nəfərə çatıb, virusa yoluxanların isə sayı 388 nəfərə çatıb”.

Bunu  İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün  mətbuat konfransında bildirib.

Cahanpur deyib ki, təkcə cümə axşamı günündən cümə gününə qədər, yəni bir sutkada koronavirusa yoluxanların sayına 143 nəfər əlavə edilib.  O deyib:

Hesab edirik ki, koronavirus qurbanlarının sayının artması prosesi qarşıdan gələn günlərdə də davam edəcək. Bunun səbəblərindən biri də vətəndaşlardan koronavirusla bağlı test götürən laboratoriyaların sayının armasıdır.

Hazırda koronavirusa yoluxanların orta yaş həddi 50-dən, virusdan ölənlərin yaş həddi isə 60-dan yuxarıdır. Həmçinin bundan əvvəl virusa yoluxanlardan 73-ü sağaldıqdan sonra dünən (cümə günü) saxlandıqları karantin və xəstəxanalardan tərxis ediliblər”.

 

Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir