İsveçrə hökuməti kütləvi yığıncaqlara qadağa qoydu

 İsveçrədə kütləvi yığıncaqlara qadağa qoyuldu

İsveçrə hökuməti yeni koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində mart ayının 15-dək 1 000-dən çox iştirakçısı olan hər cür yığıncaqlara qadağa qoyub.

Hökumətin yaydığı açıqlamaya əsasən:

İctimai və fərdi yığıncaqlara şamil olunan bu qərara görə tədbir və yığıncaq təşkilatçıları yerli kanton rəhbərləri ilə birgə riskləri dəyərləndirərək tədbirin keçirilib-keçirilməyəcəyi barədə qərara gəlməlidir”.

Qeyd edək ki, İsveçrədə koronavirusa 15 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir