Dünən axşam Əsəd rejiminin Türkiyə konvoyuna hava hücumundan sonra qardaş ölkənin Silahlı Qüvvələri sabahadək düşmən mövqelərini atəş altında saxlayıb.
Müdafiə Nazirliyinin təqdim etdiyi yeni video kadrlarda rejimə aid ağır silahların, hərbi texnika və istehkamların, eləcə də canlı qüvvənin məhv edildiyi görünür.
Bölgədən verilən xəbərlərə görə, strateji məntəqələr uğrunda şiddətli döyüşlər davam edir.
Xatırladaq ki, Türkiyə Təhlükəsizk Şurasının gecə ilə 6 saatlıq toplantısının sonunda Suriya rejiminə misli ilə cavab verilməsi qərarına gəlinib.
https://youtu.be/gkkRQgFeuOQ