Türkiyənin tələbi ilə NATO bu gün fövqəladə toplantı keçirəcək

NATO-nun baş katibi Jens Stoltenberg  Türkiyənin Şimali Atlantika müqaviləsinin 4-cü maddəsinə istinadən  NATO-nun  toplanmasını istədiyini bildirib.

Baş katib toplantının Şimali Atlantika Şurasının daimi nümayəndələr səviyyəsində keçiriləcəyini  və Suriyadakı hadisələrin müzakirə olunacağını  deyib. 

-NATO-nun 4-cü maddəsi

Xatırladaq ki, Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən, hər hansı müttəfiq ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhdid edildiyini düşündükdə bütün müttəfiqləri ilə məsləhətləşmə tələb edə bilər.

Türkiyə ən son 2015-ci ildə 4-cü maddənin işlədilməsini istəmiş, bunun ardından NATO Suriyadan qaynaqlanan təhdidlərə qarşı Türkiyəyə uyğunlaşdırılmış zəmanət tədbirlərini qəbul etmişdi.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir