21 yaşlı gənc piyada yol-qəzasında ciddi xəsarət aldı

 Bakıda avtomobil 21 yaşlı gənci vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Günəşli qəsəbəsində 1999-cu il təvəllüdlü Agayev Turqut Azər oğlu yolu keçmək istəyərkən onu “Kia” markalı avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. T.Ağayevə çanaq sümüklərinin sınığı diaqnozu qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir