Azərbaycan Premyer Liqasında XIX tur oyunlarının icmalı- VİDEO

 "Sumqayıt" və "Qarabağ" xal itirdi- YENİLƏNİB - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

“Sumqayıt” “Kapital Bank Arena”da “Keşlə”ni qəbul edib.

Gənc referi Kamal Umudlunun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb – 2:2.

Matçda hesab erkən açılıb. 4-cü dəqiqədə Peyman Babayi meydan sahiblərini hesabda önə çıxarıb. Bununla da, Babayi çempionatda 7-ci qolunu vuraraq bombardirlər siyahısında “Neftçi”dən Stiven Monroz və “Qarabağ”dan Mahir Emreliyə çatıb. 10-cu dəqiqədə “Keşlə”nin yarımmüdafiəçisi Vüsal İsgəndərli gözəl qolla hesabı bərabərləşdirib.

Fasilədən sonra da qapılara iki qol vurulub. 59-cu dəqiqədə Rəhim Sadıxov uzaqdan zərbə ilə “gənclik şəhəri” təmsilçisini yenidən önə çıxarıb. Lakin 80-ci dəqiqədə paytaxt komandasının kapitanı Slavik Alxasov uzaqdan zərbə ilə bərabərliyi təmin edib.

Bu nəticədən sonra “Keşlə” 30 xalla 3-cü, “Sumqayıt” 23 xalla 4-cü pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XIX tur

29 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Keşlə” – 2:2

Qollar: Peyman Babayi, 4. Rəhim Sadıxov, 59 – Vüsal İsgəndərli, 10. Slavik Alxasov, 80

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Kapital Bank Arena”

Günün növbəti matçı “Qarabağ”“Sabah” komandaları arasında keçirilib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb, 0:0.

Tura martın 1-də “Zirə” – “Qəbələ” və “Neftçi” – “Səbail” görüşləri ilə yekun vurulacaq. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir