Azərbaycan voleybolçuları 29 fevralı "Voleybol üçün daha bir gün" şüarı ilə bayram ediblər

 Azərbaycan voleybolçuları 29 fevralı bayram günü kimi qeyd etdi

Dörd ildən bir təsadüf edilən 29 fevral tarixini Avropa Voleybol Konfederasiyası (CEV) “1 Day More4 Volleyball” (Voleybol Üçün Daha Bir Gün) şüarı ilə bayram edir.

Azərbaycan Voleybol Federasiyası da bu gün münasibətilə festival keçirib. Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi ilə başlayan tədbir Dərnəgül Voleybol Mərkəzində davam etdirilib.

Əvvəlcə voleybolçular meydanın mərkəzində sıraya düzülüblər. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Festivala Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Şəfaqət Alışanova və digər qonaqlar qatılıblar.

Proqram sona çatdıqdan sonra istedadlı voleybolçuların seçimi olub.

Qeyd edək ki, Avropada bu gün ilk dəfə 2016-cı ildə qeyd edilib. Həmin gün CEV-nin tərkibində olan federasiyalar müxtəlif tədbirlər, peşəkar, həvəskar voleybolçular üçün matçlar keçirib və ən maraqlısı isə keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir