Əgər İran xahiş etsə, ABŞ koronavirusla mübarizədə kömək edər

 ABŞ İrana öz köməyini təklif edib

Əgər İran tərəfi xahiş etsə, ABŞ hakimiyyəti bu ölkəyə koronavirusla mübarizədə kömək göstərməyə hazırdır.

Xarici mətbuatın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Əgər bu problemin həllində iranlılara kömək edə biləriksə, biz, sözsüz, bunu etməyə hazırıq. Onlardan tələb olunan bu xahişi etməkdir”.

, – dövlət başçısı Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin Vaşinqton ətrafında keçirilən konfransında bildirib.

Cümə günü ABŞ-ın dövlət katibi Maykl Pompeo da bildirib ki, rəsmi Vaşinqton İrana koronavirusun yayılmasına qarşı mübarizədə kömək təklif edib. Dövlət Departamentinin iddiasına görə, müvafiq təklif İsveçrə hakimiyyəti vasitəsilə yönəldilib.

İranın Xarici İşlər Nazirliyi isə Vaşinqtonun təklifini gülməli adlandırıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir