Futbol üzrə XIX turun son oyunları keçirilib

 "Neftçi" "Səbail"i məğlub edə bilmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Turun son oyunu “Neftçi” “Səbail” komandaları arasında keçirilib.

“Bakcell Arena”da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 55-ci dəqiqədə “Səbail”in futbolçusu Eriko da Silva avtoqol müəllifi olub. 90+2-ci dəqiqədə isə Rauf Əliyev bərabərlik qolunu vurub.

Bu nəticədən sonra 34-cü xalını qazanan “Neftçi” lider “Qarabağ”la xal fərqini azalda bilməyib. “Səbail” isə 20 xalla 6-7-ci yerləri bölüşdürür. “Qarabağ”ın isə 42 xalı var.

  • Günün digər matçında “Qəbələ” “Zirə”ni 2:1 hesabı ilə üstələyib.

Dünən keçirilmiş “Qarabağ” – “Sabah” görüşündə hesab açılmayıb. “Sumqayıt” – “Keşlə” qarşılaşması da heç-heçə bitib – 2:2.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir