İsmayıllıda evdə partlayış olub, bir ailənin 3 üzvü xəsarət alıb

 İsmayıllıda evdə partlayış, bir ailənin 3 üzvü xəsarət aldı

İsmayıllı rayonunda evdə partlayış baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə güclü partlayış baş verib.

Partlayışdan ev yararsız hala düşüb.

Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ər və arvadın vəziyyəti ağır olduğuna görə onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb. Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir