N.Nərimanovun heykəlinin bərpasına başlanılıb

 Gürcüstanda Nərimanovun heykəlinin bərpasına başlanıldı - FOTO

Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən Azərbaycanın görkəmli dövlət xadimi və yazıçısı Nəriman Nərimanovun heykəlinin bərpasına başlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, heykəlin postamentindəki köhnəlmiş mərmər lövhələr yenilərilə əvəzlənib.

Abidənin bərpa işləri Marneuli rayon rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilir. Bu il ərzində heykəlin yerləşdiyi parkın da abadlaşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, 1980-ci illərin əvvəllərində ucaldılan heykəl ötən ilin sentyabrından qəzalı vəziyyətdə idi. Marneuli sakinləri abidənin baxımsız vəziyyətdə olmasından narahat idilər.

Qeyd edək ki, bu il Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. 1870-ci ilin aprelin 14-də Tbilisidə anadan olan böyük yazıçı bir neçə il Marneuli rayonunun Qızılhacılı kəndində müəllim və həkim kimi fəaliyyət göstərib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir